Gəlininin ölümünə dözmədi, öldü
Gəlininin ölümünə dözməyən qaynananın ürəyi partladı və öldü.
Xeberoxu.Az xəbər verir ki, Hadisə Sumqayıt şəhəri, Hacı
Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Nuranə Məhəmməd qızı yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Məmmədova Gülnaz Nüsrəddin qızı gəlininin vəfatından həyəcanlanaraq vəziyyəti pisləşib və ölüb.
Niyaz Hacıyev