Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxs həbs edilib


Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxs həbs edilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxs həbs edilib

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Xəbəroxu.Az apa-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı Fərid Mirzəyevin “Mercedes” markalı avtomobil ilə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi məlum olub. Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə F. Mirzəyev sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.

Qaydanı pozduğuna görə saxlanılan “Tofaş” markalı avtomobilin sürücüsü İsmayıl Tağıyev isə 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bundan başqa, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş səs siqnallarından istifadə etməsi, arxa yayların kəsilməsi və digər konstruksiya dəyişikliyi dərək iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanuna müvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Son Xəbərlər