Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Göygöldə kişi "UAZ"ı qaçırıb yandırdı


Göygöldə kişi "UAZ"ı qaçırıb yandırdı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Göygöldə kişi "UAZ"ı qaçırıb yandırdı

Göygöldə avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Xəbəroxu.Az-a bildirib ki, Göygöl rayon Polis Şöbəsinə aprelin 4-də rayon ərazisindən "UAZ" markalı yük avtomobilinin qaçırılması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil rayonun Çaylı kəndi ərazisində yandırılmış vəziyyətdə tapılıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Kəlbəcər rayon sakini Qüdrət Salahov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı Q. Salahov cinayət əməlini sərxoş halda törətməsini və peşman olduğunu bildirib.

Son Xəbərlər