Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Həbsdəki qardaşına narkotik ötürmək istədi


Həbsdəki qardaşına narkotik ötürmək istədi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Həbsdəki qardaşına narkotik ötürmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Xəbəroxu.Az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nicat Sultan oğlu Əkbərovla qısamüddətli görüşə gələn qardaşı, Lənkəran rayon sakini Qüdrət Sultan oğlu Əkbərov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı cins şalvarın cibində gizlətdilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,091 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son Xəbərlər