İcra Hakimiyyətinin əməkdaşı faciəli şəkildə ÖLDÜ
Ucar Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı Ramin İsmayılovu paytaxt ərazisində maşın vurub.
Xəbəroxu.Az xəbər verir ki, "unikal"ın əldə etdiyi məlumata görə, RİH-nin Hüquq Şöbəsinin məsləhətçisi olan R.İsmayılov 7 gün komada qalıb və bu gün dünyasını dəyişib.
Qeyd edək ki, o ailəli idi və bir qız övladı var.