Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İki uşaq anası İTKİN düşdü


İki uşaq anası İTKİN düşdü
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İki uşaq anası İTKİN düşdü

Biləsuvar sakini itkin düşüb.

 Xəbəroxu.Az bildirir ki, onun yaxınlarının məlumatına görə, Biləsuvar şəhəri Salatın Əsgərova küçəsində yaşayan 26 yaşlı Günel Şaiq qızı Hüseynzadə mayın 12-də, saat 18-19 radələrində yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib. Bundan sonra onu görən olmayıb.

G. Hüseynzadənin boyu 1.65 santimetr, gözləri qəhvəyi, saçları qara, bədəni orta quruluşludur. Evdən çıxarkən əynində göy cins şalvar, bənövşəyi kofta, qara idman ayaqqabısı, başında hicab olub.
Onu görənlərdən DİN-in 102 xidmətinə və 050 491 55 84 nömrəsinə zəng vurub məlumat vermələri xahiş olunur.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, qadının tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, G. Hüseynzadənin iki övladı var.

Son Xəbərlər