Gündəlik məzənnə

20 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İsmayıllı məktəbində DƏHŞƏT: şagird ikinci mərtəbədən yerə çırpıldı - YENİLƏNİB


İsmayıllı məktəbində DƏHŞƏT: şagird ikinci mərtəbədən yerə çırpıldı - YENİLƏNİB
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İsmayıllı məktəbində DƏHŞƏT: şagird ikinci mərtəbədən yerə çırpıldı - YENİLƏNİB

"Məktəb binasından yıxılan qız Bakıya gətirilib". 

Xəbəroxu.Az xəbər verir ki, bu sözləri lent.az-a İsmayıllı rayonu Kürdmaşı kənd bələdiyyə nümayəndəliyində bildirilib. 

Verilən məlumata görə, hazırda uşağın vəziyyəti normaldır:

"Uşağın vəziyyəti qənaətbəxşdir. Valideynləri müayinə üçün Bakıya aparıb. Başqa bir məlumat yoxdur".

***

İsmayıllıda şagird qız məktəb binasından yıxılıb.

 Məlumata görə, hadisə rayonun Kürdmaşı kəndində yerləşən orta məktəbdə qeydə alınıb. Burada 9-cu sinifdə təhsil alan 15 yaşlı qız məktəbin 2-ci mərtəbəsindən yıxılaraq, xəsarətlər alıb.

Hadisənin ehtiyatsızlıqdan baş verməsi və ya intihar olması hələlik dəqiq bilinmir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son Xəbərlər