Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Lənkəranda bir ailənin beş üzvü zəhərlənib


Lənkəranda bir ailənin beş üzvü zəhərlənib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Lənkəranda bir ailənin beş üzvü zəhərlənib

Lənkəranda bir ailənin beş üzvü zəhərlənib.

BAKU.WS report-a istinadən xəbər verir ki, zəhərlənmə hadisəsi rayonun Şovu kəndində baş verib. Belə ki, bu gün səhər ailə üzvləri tort şirniyyatı yeyiblər. Bir müddətdən sonra səhhətlərində problem yaranıb, özlərini pis hiss ediblər.

Təcili tibbi yardım xidmətinin köməyi ilə ikisi azyaşlı olmaqla ailənin 5 üzvü: 1959-cu il təvəllüdlü Ənivəs Əli qızı Babayeva, 1983-cü il təvəllüdlü Marifə Adıgözəl qızı Babayeva, 1990-cı il təvəllüdlü Zamin Səfaddin oğlu Babayev, 2016-cı il təvəllüdlü Xədicə Zamin qızı Babayeva və 2018-ci il təvəllüdlü Mətləb Zamin oğlu Babayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin olaraq zəhərlənmə diaqnozu qoyulub və lazımı tibbi yardım göstərilib. İlkin məlumata görə, ailə üzvləri 3 gün əvvəl bişirilən şirniyyatdan istifadə ediblər. Zəhərlənmənin istifadə olunan ərzaq məhsullarının keyfiyyətsiz olması və ya şirniyyatın saxlanmasına düzgün riayət edilməməsi səbəbindən baş verdiyi ehtimal edilir.
Hazırda xəstələrin müalicəsi davam etdirilir. 

Son Xəbərlər