Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Lənkəranda usta sexdə özünü asdı


Lənkəranda usta sexdə özünü asdı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Lənkəranda usta sexdə özünü asdı

Lənkəranda 37 yaşlı kişi iş yerində özünü asıb.

 Xəbəroxu.Az apa-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında şəhərdəki emalatxanada qeydə alınıb. Lənkəran rayonunun Göyşaban kənd sakini 37 yaşlı Elmar Elşad oğlu Ağayev işlədiyi məişət avadanlıqlarının təmiri sexinə gəlib və özünü asaraq intihar edib. İş yerinə gələn işçilər, hadisəni görüb aidiyyəti orqanlara məlumat veriblər. Rayon hüquq mühafizə orqanlarının əməkdaşları olay yerinə gəlib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, E.Ağayev usta kimi kondisioner və paltaryuyan maşınların hissələrinin satışı, eləcə də təmiri ilə məşğul idi.

Onun intihar etməsinin dəqiq səbəbləri bilinməsə də, deyilənə görə çoxlu borcu olub.

Faktla bağlı araşdırma aparılır.

Son Xəbərlər