Masallıda maşından 7 kiloya yaxın narkotik tapıldı
Masallıda avtomobildən külli miqdarda narkotik tapılıb.
Daxili İşlər Nazirliyindən Xəbəroxu.Az-a verilən xəbərə görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.
Nəticədə Ərkivan qəsəbəsi ərazisində Cəlilabad rayon sakini İ.Qarayevə məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı F.Əliyevə məxsus 2 kiloqram 390 qram heroin və 4 kiloqram 525 qram marixuana aşkar olunaraq götürülüb.