Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Mədəniyyət idarəsində QALMAQAL: intihar anonsu verildi


Mədəniyyət idarəsində QALMAQAL: intihar anonsu verildi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Mədəniyyət idarəsində QALMAQAL: intihar anonsu verildi

Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşı ilə müvəqqəti rəis arasında qalmaqal yaşanıb.

Xəbəroxu.Az lent.az-a idtinadən xəbər verir ki, bu barədə şikayətçi Nurəli Mürvət oğlu Ramazanov məlumat verib. O, idarənin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Ağaəli Cəlilovun ona qarşı etdiyi haqsızlıqdan intihar həddinə çatdığını bildirib:

“Məni elə incidib ki, az qala özümü öldürəm. Ağaəli müəllim tək məni yox, çoxlarını incidir. 2022-ci ilin noyabr ayından müqavilə əsasında Şəki Mədəniyyət Evində rəqs dərnəyi açmışam. Folklor dərnəyidir. Müqaviləyə əsasən, dərnək üzvlərindən toplanan vəsaitin yarısı mənim, yarısı Mədəniyyət Evinin olmalı idi. Hər uşaqdan 10 manat olmaqla 780 manat pul yığılmışdı. Ancaq mənə düşən payı vermədilər. Nazirliyə müraciət etdim. 2023-cü ilin fevralında mədəniyyət naziri regiona səfərə gələrkən şikayətimi bildirmişəm. Bundan sonra guya məni işlə təmin ediblər. Amma mənim nə bu işdən xəbərim var, nə də müqavilə olub. Bu gün elektron məşqulluq sistemində adım işçi kimi gedir, guya hər ay 345 manat maaş alıram. Amma nə pul almışam, nə də haqqım olan 50 faizi. Dərnəyim də fəaliyyətini dayandırıb. Ağaəli müəllim deyir Nurəlini kluba buraxan olsa, onu işdən atacaq. Mənim dəli olduğumu söyləyir. Gedib psixoloji dispanserdən kağız almışam. Nə psixoloji problemim var, nə də orda müalicə almışam. 53 yaşım var. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Dəli adamı müharibəyə aparırlar? Əksinə Ağaəli müəllimin özü 5 ildir psixoloji dispanserdə qeydiyyatdadır,  müntəzəm olaraq müalicə alır. Mənim tələbim budur ki, dərnəyimin fəaliyyəti bərpa edilsin, işimi görüm, haqqım olan pulu alım. Əmək müfəttişliyinə müraciət etmişəm, Ağaəli müəllim qanunları pozduğuna görə 3500 manat cərimələnib. Ondan sonra da mənə düşmən olub. Haqqımı tələb etmişəm. Haqqı pozulan da mənəm, günahkar da mən çıxıram”. 

Son Xəbərlər