Gündəlik məzənnə

11 Fevral 2025
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Park Cinemada “Qanuni və Qeyri-Qanuni” filminin möhtəşəm Qala Gecəsi keçiriləcək


Park Cinemada “Qanuni və Qeyri-Qanuni” filminin möhtəşəm Qala Gecəsi keçiriləcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Park Cinemada “Qanuni və Qeyri-Qanuni” filminin möhtəşəm Qala Gecəsi keçiriləcək

21 yanvar, saat 19:30-da Park Cinema Flame Towers filialında “Qanuni və Qeyri-Qanuni” filminin möhtəşəm Qala Gecəsi keçiriləcək.

Xeberoxu.az bildirir ki, Sebahat Adalar, Şahin Sarsu, Orhan Şeddatlı və digər məşhurlar filmin Qala Gecəsində iştirak edib, tamaşaçılar ilə birlikdə filmi izləyəcəklər. Aktyorlarla birlikdə filmin nümayişi isə 20:30-da başlayacaq.

Filmin özü telefon dələduzlarının tələsinə düşən bir hüquq üzrə professorunun hekayəsindən bəhs edir. Professor Erdem Quş telefon dələduzlarının tələsinə düşür. Gördüyü işlər səbəbindən təzyiqə məruz qalan və işini itirən Erdem Quş, özünü hakim, prokuror və ya polis rəisi kimi təqdim edərək onu aldadan şəbəkənin izinə düşür. Pulunu geri almaqda qərarlı olan professor bu prosesdə doğru bildiyi şeyləri öz içində müzakirə etməyə başlayır. Erdem Quş dələduz şəbəkəsinin izini izləyərkən özünü çətin bir macəranın içində tapır.

Qala Gecəsində iştirak etməyə tələsin, yerlər məhduddur. Biletlər:

https://parkcinema.az/movies/view/14722/qanuni-ve-qeyri-qanuni-qala

sinema.jpg 864.3 KB


Son Xəbərlər