Gündəlik məzənnə

30 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Polis itkin düşən bu şəxsi axtarır


Polis itkin düşən bu şəxsi axtarır
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Polis itkin düşən bu şəxsi axtarır

Masallı sakini itkin düşüb.

Bu barədə Xəbəroxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunundan məlumat verilib.

Bildirilib ki, rayonun Böyük Xocavar kəndində yaşayan 1961-ci il təvəllüdlü Məmmədov Mehman Nəzir oğlu iyun ayının 14-ü saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

"Mehman Məmmədovun əlamətləri bunlardır: Boyu 168 sm, gözləri qəhvəyi rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində mavi rəngli qısqaqol köynək, tünd göy rəngli şalvar, qara rəngli ayaqqabı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə, 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.




Son Xəbərlər