Gündəlik məzənnə

22 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Polis Qubada əməliyyat keçirdi - Saxlanılanlar var


Polis Qubada əməliyyat keçirdi - Saxlanılanlar var
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Polis Qubada əməliyyat keçirdi - Saxlanılanlar var

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə  əməliyyatlar keçirilib.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Xəbəroxu.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən Şamaxı rayon sakini Şahin Rüstəmov   Quba rayonu ərazisində saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman 6  kiloqramdan artıq  narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Tural Süleymanov və Xaçmaz rayon sakini  Xanlar Ağayev saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba  RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Son Xəbərlər