Qaxda ocaq qalayan ana özünü və azyaşlı qızını yandırdı
Qaxda ana və qızı yanıq xəsarətləri alıb.
Xəbəroxu.Az xəbər verir ki, hadisə rayonun Marsan kəndində baş verib. 29 yaşlı Nəsimət Məmmədli həyətdə ocaq qalayarkən özü və yanında olan 9 yaşlı qızı yanıq xəsarətləri alıblar.
Onlar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.