Gündəlik məzənnə

16 Mart 2025
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ


Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ

Hava ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Xeberoxou.az - a verilən məlumata görə, ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Fevralın 21-də Bakı və Abşeron yarımadasında gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı ehtimal olunur.

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. 22-si günün birinci yarısında yağıntıda fasilə olacaq.

Havanın minimal temperaturunun Bakı və Abşeron yarımadasında 0-3, Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacağı gözlənilir.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.

Son Xəbərlər