Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qobustanda itlər mühafizə postunun qarşısında güllələniblər - DİN-dən REAKSİYA


Qobustanda itlər mühafizə postunun qarşısında güllələniblər - DİN-dən REAKSİYA
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qobustanda itlər mühafizə postunun qarşısında güllələniblər - DİN-dən REAKSİYA

Qobustan rayonunda yerləşən “Diri Baba” türbəsinə gedən şəxslər itlərin güllələnməsi ilə qarşılaşıblar.

 Xəbəroxu.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, dünən səhər saat 08:00-da “Diri Baba” türbəsinə gedən şəxslər maşını mühafizə postunun qarşısında yerləşən avtodayanacaqda saxlayan zaman itlərin güllələndiyini görüblər.

Qeyd edilib ki, hadisə ərazinin girişində mühafizə postunun qarşısında yerləşən avtodayanacaqda olub.


İddia edilib ki, ağ maşın əraziyə daxil olub və maşında olan dörd nəfər şəxs pəncərəni açaraq itlərə atəş açıb.

Ətrafdakı reaksiyanı görən şəxslər maşınla hadisə yerindən uzaqlaşıblar.

Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, qeyd olunan məsələ ilə bağlı Qobustan Rayon Polis Şöbəsinə rəsmi müraciət edilməyib:

“Yayılan iddialarla bağlı araşdırma aparılır. Hadisənin baş verib-verməməsi məqsədi ilə müvafiq araşdırmalar başlanılıb”.

Son Xəbərlər