Gündəlik məzənnə

16 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

“Report”un əməkdaşı faciəvi şəkildə vəfat edib - FOTO


“Report”un əməkdaşı faciəvi şəkildə vəfat edib - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

“Report”un əməkdaşı faciəvi şəkildə vəfat edib - FOTO

“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib.

 Xəbəroxu.Az report-a istinadən xəbər verir ki, İnformasiya Agentliyinin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.

2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş Səbuhi Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. S.Məmmədov Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında göstərdiyi igidlik və şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.

Bundan başqa, S.Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

“Report”da çalışdığı müddətdə daim öz çalışqanlığı, intizamı ilə seçilən Səbuhi Məmmədov kollektivimizin sevimli üzvlərindən biri idi.

Səbuhi Məmmədovun əziz xatirəsi kollektivimizin qəlbində daim yaşayacaq.

Səbuhinin doğmalarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik!

Allah rəhmət eləsin!

1685530498_80962868-129e-33b2-86f2-642d19cafed3-min.jpg 97.14 KB

Son Xəbərlər