Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sabiq icra başçısı ilə adı hallanan direktora cinayət işi AÇILDI


Sabiq icra başçısı ilə adı hallanan direktora cinayət işi AÇILDI
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sabiq icra başçısı ilə adı hallanan direktora cinayət işi AÇILDI

Kürdəmirdə şirkət direktoruna qarşı cinayət işi başlanıb.

Xəbəroxu.Az xəbər verir ki, “Ruslan-Qərb” MMC-nin direktoru Səfərov Ramiz Məhəmmədəli oğlu mənimsəmədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 179.2.1-ci (mənimsəmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanılıb.

Cinayət işinin materialları baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası aprelin 25-də keçiriləcək.
Qeyd edək ki, R. Səfərovun adı Kürdəmirin həbsdə olan sabiq icra başçısı Ceyhun Cəfərovun cinayət işində hallanır. Belə ki, C.Cəfərovla T.Novruzov Kürdəmir RİH başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəsulov Rasim Aydın oğlu və “Ruslan-Qərb” MMC-nin direktoru Səfərov Ramiz Məhəmmədəli oğlu ilə cinayətkar əlaqəyə girib.

İttihamda qeyd edilib ki, R.Rəsulov Topalhəsənli kənd körpələr evi-uşaq bağçasına və kənd tam orta məktəbinə guya müxtəlif təsərrüfat malları və qiymətlilərin alınması görüntüsü yaradıb. Daha sonra onlar 32 896,05 manat məbləğində pul vəsaitini Kürdəmir rayonu üzrə Maliyyə Şöbəsi vasitəsilə “Ruslan-Qərb” MMC-nin bank hesabına köçürüb. Yalnız 18 may 2020-ci il tarixli elektron qaimə ilə 3 adda 1 083,05 manat məbləğində mal-material qiymətliləri alınaraq nümayəndəlik üzrə maddi-məsul şəxsin hesabına mədaxil edilib. Qalan, o cümlədən, həmin nümayəndəlik üzrə 2 432 manat, Topalhəsənli kənd körpələr evi-uşaq bağçası üzrə 27 276 manat və Topalhəsənli kənd tam orta məktəbi üzrə 2 105 manat, cəmi 31 813 manat məbləğində pul vəsaiti R.Səfərov tərəfindən rayon ərazisində həmin müddətdə bankdan çıxarılaraq nağdlaşdırılıb, Rasim Rəsulova verilib. C.Cəfərov həmin pul vəsaitini əlbir olduğu T.Novruzov, R.Rəsulov və R.Səfərovla bölüb.

Son Xəbərlər