Gündəlik məzənnə

19 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Şəkidə 5 maşın bir-birinə çırpıldı: yaralanan var


Şəkidə 5 maşın bir-birinə çırpıldı: yaralanan var
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Şəkidə 5 maşın bir-birinə çırpıldı: yaralanan var

Şəkidə zəncirvari qəza olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xəbəroxu.Az-a bildirilib ki, hadisə bu gün səhər saat 09:35-də Şəki şəhəri M.Müşviq küçəsində qeydə alınıb. 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 37 yaşlı şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır.

Son Xəbərlər