Gündəlik məzənnə

30 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Şəmkirdə toy karvanında "avtoş"luq edən həbs olundu - FOTO


Şəmkirdə toy karvanında "avtoş"luq edən həbs olundu - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Şəmkirdə toy karvanında "avtoş"luq edən həbs olundu - FOTO

Şəmkirdə toy karvanında avtoxuliqanlıq şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə ragional qrupundan Xəbəroxu.Az-a verilən xəbərə görə, Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı rayon sakini Rəşad Rzazadənin “VAZ 2107” markalı avtomobil ilə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi məlum olub. Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə R. Rzazadənin sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib. 

Bundan əlavə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərdə arxa yayların kəsilməsi və digər konstruksiya dəyişikliyi dərək iştirakçılarına təhlükə yaratması, həmçinin vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb. 

64a50a89a9fd564a50a89a9fd6168853773764a50a89a9fca64a50a89a9fcd-min.jpg 14.49 KB

Son Xəbərlər