Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Söyüşə görə dostunun üzünə "kislota" tökdü


Söyüşə görə dostunun üzünə "kislota" tökdü
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Söyüşə görə dostunun üzünə "kislota" tökdü

Qadın paltarı geyinən kişi “kislota” ilə dostuna hücum edib.

Xəbəroxu.Az  xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Səlcuklu vilayətində ayaqqabı satışı ilə məşğul olan Səlahəddin Ökçesizə 1 həftə öncə hücum təşkil edənin  Mehmet Coşqun olduğu aşkarlanıb. 

Hadisə mayda Səlcuklu vilayətində baş verib. Səhər saatlarında iş yerinin önünü süpürən Səlahəddin Ökçəsizə yaxınlaşan çərşablı biri, əlindəki plastic qabda olan kimyəvi maddəni üzünə və bədəninə tökərək qaçıb. 
Hadisə şahidləri və ətrafdakı dükanların satıcılarının köməkliyi ilə Ökçesiz şəhər xəstəxanasına aparılıb. Onun müalicələri davam edərkən polis şübhəlinin axtarışlarına başlayıb. 

Ətrafda olan təhlükəsizlik kameraları vasitəsi ilə cinayəti törədəni tapmaq çətin olmayıb. Evində polislər tərəfindən tutulan Mehmet Coşqun polisə ifadəsində bildirib ki, “Səlahəddin ilə birlikdə iş görmüşdük. Mənə yaranan borcunu vermək əvəzinə ailəmi və məni söydü. Mən də özümü alçalmış kimi hiss etdim və bu hadisəni törətdim".

Şübhəlinin  məhkəməsi davam edir və cəzaçəkmə müəssisəsində saxlanılır. 



Son Xəbərlər