Gündəlik məzənnə

20 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Su kanalından çürümüş qadın meyiti TAPILDI


Su kanalından çürümüş qadın meyiti TAPILDI
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Su kanalından çürümüş qadın meyiti TAPILDI

Su kanalında naməlum qadın meyitinin aşkar olunması ilə bağlı cinayət işi başlanıb. 

Baş Prokurorluğun Mətbuat xidmətinin Xəbəroxu.Az-a verilən məlumata görə, bəzi sosial şəbəkə səhifələrində Biləsuvarda su kanalında naməlum insan meyitinin aşkar olunması ilə bağlı video görüntülər yayılıb.

Bildiririk ki, aprelin 8-də saat 09 radələrində Biləsuvar rayonun Arazbarı kəndi ərazisindən keçən su kanalında çürümüş insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qadın cinsli meyitin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqədilə qeyd olunan ərazidə yaşayan, qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzi, (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə ( müraciət etmələri xahiş olunur.

Son Xəbərlər