Xəzər dənizində zəlzələ hadisəsi baş verib
Xəzər dənizində zəlzələ olub.
Xeberoxu.Az xəbər verir ki, bu barədə A ərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumatda bildirilib ki, sentyabrın 17-də, yerli vaxtla saat 02:51-də Qala stansiyasından 147 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 4,6 maqnitudada baş verib, zəlzələ ocağı 62 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.