Xəzər dənizində zəlzələ olub
Bu gün yerli vaxtla saat 06:09-da Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınıb.
Xeberoxu.Az Qafqazinfoya istinadən xəbər verir ki,AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin ocağı 62 km dərinlikdə olub.
Qeyd edək ki, bundan əvvəl yerli vaxtla saat 00:58-də Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda da zəlzələ qeydə alınıb.
Zəlzələ 3 bala qədər hiss olunub.
Niyaz Hacıyev