Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Xırdalanda tikinti şirkətindən 20 min manatlıq oğurluq


Xırdalanda tikinti şirkətindən 20 min manatlıq oğurluq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Xırdalanda tikinti şirkətindən 20 min manatlıq oğurluq

Xırdalanda tikinti şirkətindən 20 000 manatlıq inşaat materialları oğurlanıb.

Bu barədə Xəbəroxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 20 000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Aqil Nağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Son Xəbərlər