Gündəlik məzənnə

20 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Xocalıda yük avtomobili qəzaya uğradı: 1 ÖLÜ, 4 YARALI


Xocalıda yük avtomobili qəzaya uğradı: 1 ÖLÜ, 4 YARALI
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Xocalıda yük avtomobili qəzaya uğradı: 1 ÖLÜ, 4 YARALI

Xocalı rayon Polis Şöbəsinə rayonun Baharlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. 

Xəbəroxu.Az lent.az-a istinadən xəbər verir ki. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. 

İlkin araşdırmalar zamanı məlum olub ki, 1970-ci il təvəllüdlü Füzuli rayon sakini Namiq Hüseynov idarə etdiyi HOVO markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobil yol kənarındakı meşə massivindəki ağaclara çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişinlər- Yardımlı rayon sakini 1970-ci il təvəllüdlü İlqar Əzizov, 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Məzahir Baxışov və Ucar rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 
Digər sərnişin, 1969-cu il təvəllüdlü Cəlilabad rayon sakini Loğman Ərəbov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
 

Son Xəbərlər