Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ermənistanın təxribatı nəticəsində hərbçimiz yaralanıb


  • 0
Ermənistanın təxribatı nəticəsində hərbçimiz yaralanıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ermənistanın təxribatı nəticəsində hərbçimiz yaralanıb

Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xeberoxu.Az-a bildirilib ki, qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib.

Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

“Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - məlumatda vurğulanıb.

Son Xəbərlər