Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sülhməramlıların ölümünə görə Azərbaycan Ordusunun korpus komandiri işdən çıxarılıb


  • 0
Sülhməramlıların ölümünə görə Azərbaycan Ordusunun korpus komandiri işdən çıxarılıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sülhməramlıların ölümünə görə Azərbaycan Ordusunun korpus komandiri işdən çıxarılıb

Ötən gün Qarabağda Rusiya sülhməramlılarının avtomobilinin atəşə tutulması nəticəsində 5 hərbçinin ölümünə görə Azərbaycan Ordusunun korpus komandiri işdən çıxarılıb.

Xeberoxu.Az Musavat.com-a istinadən xəbər verir ki, vəzifəsindən azad edilən şəxs 1-ci Ordu Korpusunun (Bərdə Korpusu - red.) komandiri Qiyas Abbasovdur.

Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.
 
Q. Abbasovun 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.

Qeyd edək ki,  Abbasov Qiyas Abbas oğlu 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olub. Vətən müharibəsindən sonra “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın alınması uğrunda” və “Zəngilanın alınması uğrunda” medalları ilə təltif edilib.

O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci Korpusa komandir təyin olunub. Daha əvvəl isə 3-cü Ordu Korpusunun komandir müavini vəzifəsində çalışıb. 

Q.Abbasov 1-ci Korpusa komandir təyin edilərkən polkovnik rütbəsində olub. Onun general-mayor Hikmət Həsənova yaxın hərbi kadr olduğu qeyd edilir.

Son Xəbərlər