Gündəlik məzənnə

11 Fevral 2025
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

AFFA rəsmiləri UEFA-dan təyinat alıblar


  • 0
AFFA rəsmiləri UEFA-dan təyinat alıblar
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

AFFA rəsmiləri UEFA-dan təyinat alıblar

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və qurumun Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva beynəlxalq təyinat alıblar.

Xeberoxu.az -  in  məlumatına görə, onlar UEFA Gənclər Liqasının matçlarında iş başında olacaqlar.

K.Mehdiyeva fevralın 11-də gerçəkləşəcək "Dinamo" (Ukrayna) - "Atalanta" (İtaliya), Z.Ağayeva isə növbəti gün "Trabzonspor" (Türkiyə) - "Yuventus" (İtaliya) qarşılaşmasında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda, ikinci görüş isə Trabzonda oynanılacaq.

Son Xəbərlər