Gündəlik məzənnə

16 İyun 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycan millisi Belçika ilə səfər oyununda dəstəksiz qalmayacaq


  • 0
Azərbaycan millisi Belçika ilə səfər oyununda dəstəksiz qalmayacaq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycan millisi Belçika ilə səfər oyununda dəstəksiz qalmayacaq

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçika ilə keçirəcəyi səfər oyununda dəstəksiz qalmayacaq.

Bu barədə Xeberoxu.az - a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, “İticket” saytında satışa çıxarılan biletlərin hamısı alınıb. E.Məmmədli təhlükəsizliklə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə müraciət olunduğunu da sözlərinə əlavə edib.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla ikinci pillədədir. Millimiz isə 7 xalla 4-cü yerdə qərarlaşıb.


Son Xəbərlər