Azərbaycan millisi Rumıniyaya uduzub
Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında ikinci oyununa çıxıb.
Xeberoxu.Az-ın məlumatına görə, Zeynal Zeynalovun baş məşqçi olduğu komanda Rumıniya ilə qarşılaşıb və 2:4 hesabı ilə uduzub.
Azərbaycan millisinin qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.