Çempionlar liqası oyunları yekunlaşıb
Çempionlar liqası 5-ci həftə oyunları dünən axşam yekunlaşıb.
Xeberoxu.Az xəbər verir ki, bu oyunlardan biri dünən axşam İstanbulda Rams Park stadionunda "Qalatasaray" "Mançester Yunayted" komandalar arasında keçirilib. Oyuna "Qırmızı şeytanlar " daha yaxşı başlayıb və hesabı erkən açmağa nail olub. Hücumları daha da artıran qonaq komanda hesabı 2 topa çatdırıb. Bu qoldan sonra qardaş ölkə təmsilçisi oyuna ortaqlığını artırıb və fərqi 1 topa endirməyi bacarıb. İlk hissə bu hesabla yekunlaşıb. İkinci hissənin əvvəllərində Mançester təmsilçisi fərqi təkrar 2 topa artırıb. Bu fərqə baxmayaraq "Cimbom" ardıcıl 2 qol vuraraq hesabı bərabərləşdirib və matç 3-3 bərabərliklə başa çatıb. Oyunun ən yaddaqalan oyunçusu mərakeşli ulduz futbolçu Hakim Ziyeç olub. O bu matç 2 qol 1 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki iki qolun hər ikisi standart vəziyyətdən qeydə alınıb.
Son həftədə "Mançester Yunayted" almaniyanın "Bavariya" , "Qalatasaray" isə danimarkanın "Kopenhagen" futbol komandası ilə qarşılaşacaq.
Müəllif:Röyal Əmrahov
Niyaz Hacıyev