Gənclər və idman naziri Serbiyaya səfər edib
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Belqradda (Serbiya) səfərdə olub.
Xeberoxu.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov bu ölkənin idman naziri Zoran Qayiç, Birləşmiş Güləş Dünyasının rəhbəri Nenad Laloviç və Serbiya Gimnastika Federasiyasının rəhbərliyi ilə görüşüb.
Fərid Qaibov güləş üzrə dünya çempionatına da baş çəkib və gümüş medal qazanan Azərbaycan güləşçisi Maqomedxan Maqomedovu (97 kq) mükafatlandırıb.