Gündəlik məzənnə

3 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Güləş millimiz dünya çempionu olub


  • 0
Güləş millimiz dünya çempionu olub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Güləş millimiz dünya çempionu olub

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yekun vurulub.

Xeberoxu.Az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb.

2 qızıl və 3 gümüş medal qazanan yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempion olub.

Daha öncə sərbəst güləşdə də Azərbaycanın belə bir uğuru olmayıb. Buna qədər ən yaxşı nəticələrimiz sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında 2-ci yeri tutmuşdu. 

Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.

Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıb. Komandamız 67 və 77 kq-da Olimpiadaya lisenziya qazanıb.

Son Xəbərlər