Gündəlik məzənnə

3 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Mahirin adından dələduzluq etdilər - FOTOLAR


  • 0
Mahirin adından dələduzluq etdilər - FOTOLAR
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Mahirin adından dələduzluq etdilər - FOTOLAR

Tanınmış prodüser Anar Mədətovun futbolçu oğlu Mahir Emrelinin adından növbəti dəfə dələduzluq edilib. 

Xəbəroxu.Az-a daxil olan məlumata görə, bu dəfə də futbolçunun şəxsiyyətini təsdiq edən sənəddən istifadə olunub. 

Bildirilib ki, telefon almaq istəyən şəxs instaqram səhifələrindən birinə müraciət edib.  Hesabı idarən edən admin ona şəxsiyyət vəsiqəsi və kart nömrəsi göndərib. Alıcı karta pul atdıqdan sonra nömrəsi admin tərəfindən bloklanıb. 
Telefon almaq istəyən şəxs yaşı az olduğundan şəxsiyyət vəsiqəsindəki fotoya diqqət etməyib, ailə üzvlərinin baxışından sonra aydın olub, bu, Mahir Emreliyə məxsus sənəddir. 

Qeyd edək ki, daha öncə də influenser Nagehan Abdullayevin adından dələduzluq edib, yarış keçirdiyini deyən şəxslər Mahirin vəsiqəsindən istifadə etmişdilər. 

Onlar izləyicilərə yarışda təqdim olunan hədiyyələrin xaricdən gəldiyini yazaraq, karqo pulu üçün 50 manat istəmişdilər.




Son Xəbərlər