Gündəlik məzənnə

22 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Mbappe “Real”ın üzünü belə güldürdü


  • 0
Mbappe “Real”ın üzünü belə güldürdü
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Mbappe “Real”ın üzünü belə güldürdü

Kilian Mbappe PSJ-nin sonuncu təklifini rədd edəndən sonra “Real Madrid” onu transfer etmək üçün yenidən hərəkətə keçib.

 Xeberoxu.Az xəbər verir ki, Mbappenin cavabından sonra vaxt itirməyən “Real” yeni təklif irəli sürüb. “Marca” qəzetinin məlumatına görə, “Real”ın yeni təklifinin detalları məlum olmasa da, İspaniya təmsilçisinin Mbappe üçün bonuslarla birgə 150 milyon avro təklif etdiyi irəli sürülür.

Bildirilir ki, əslində bu məbləğ PSJ-ni qane edə bilərdi. Lakin Mbappenin sadiqlik bonusundan imtina etməməsi PSJ-ni qane etmir. Mbappe PSJ-dən müqavilədə qeyd olunan 90 milyon avro civarındakı sadiqlik bonusunu tələb edir. Əks halda Mbappe mövsümün sonunda klubdan azad agent kimi ayrılacağını irəli sürür.

İddialara görə PSJ Mbappe üçün 250 milyona avro tələb edir. Qeyd edək ki, PSJ-nin son müqaviləsində futbolçunun sərbəstqalma məbləği barədə yeni rəqəmlər olub. İddialara görə, PSJ Mbappenin sərbəstqalma məbləğini 250 milyon avro qeyd edib.

Son Xəbərlər