Gündəlik məzənnə

3 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Messi bu ölkəni tənqid edə bilməz


  • 0
Messi bu ölkəni tənqid edə bilməz
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Messi bu ölkəni tənqid edə bilməz

"İnter Mayami” ilə müqavilə imzalamağa hazırlaşan Lionel Messi Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid edə bilməz.

Xəbəroxu.Az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. 

Məlum olub ki, Səudiyyə Ərəbistanının Turizm Nazirliyi ilə argentinalı hücumçu arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, Lionel ailəsi ilə ölkədə istirahət edə biləcək və onun sosial şəbəkələrdə reklamı üçün 3 il ərzində 25 milyon dollara qədər pul alacaq .

Futbolçu ilə krallıq arasındakı müqavilədə Messiyə Səudiyyə Ərəbistanı liderlərinin reputasiyasına xələl gətirə biləcək hər hansı bir söz deməyi qadağan edən bənd var. 

2021-ci ilin fevralında, müqavilənin imzalanmasından bir neçə həftə sonra Messi Səudiyyə Ərəbistanının turizm nazirinə məktub yazaraq planlaşdırılan səfərini edə bilmədiyi üçün üzr istəyib. Həmin məktubda argentinalı Əhməd Əl-Xatebə “Zati-aliləri” deyə müraciət edib və onun yoxluğuna görə “dərin təəssüf hissi”ni ifadə edib.

Son Xəbərlər