Pelenin forması fantastik məbləğə hərraca çıxarılacaq
Üçqat dünya çempionu, praziliyalı futbolçu Pelenin köynəyi hərracda 150 min funt-sterlinqə satışa çıxarılacaq.
Xəbəroxu.Az-ın xəbərinə görə, bu barədə "Mirror" məlumat yayıb.
Məlumata görə, söhbət 1971-ci ilin yayında Avstriya ilə yoldaşlıq oyununda Pelenin Braziliya millisinin heyətində qol vurduğu 10 nömrəli sarı köynəkdən gedir.
Həmçinin hərracda Peleyə məxsus digər əşyalar, o cümlədən kuboklar, medallar və mükafatlar da satılacaq.
Digər hərrac lotlarına 160-200 min funta satılacağı gözlənilən 2022 FIFA Dünya Kuboku finalının rəsmi matç topu da daxildir.
Qeyd edək ki, Pele 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib.