Gündəlik məzənnə

4 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qurban Qurbanov: “Ciddi rəqibə qarşı oynayacağıq”


  • 0
Qurban Qurbanov: “Ciddi rəqibə qarşı oynayacağıq”
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qurban Qurbanov: “Ciddi rəqibə qarşı oynayacağıq”


“Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Hər bir halda hazırlaşmalıyıq. Ciddi rəqibə qarşı oynayacağıq. Fikrimiz oyunda və Qarabağda olacaq”.


Xeberoxu.Az 
xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Norveçin “Molde” klubuna qarşı keçirəcəyi matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.


51 yaşlı mütəxəssis həmişə “Qarabağ”ın adını qoruyub-saxlamağa çalışdıqlarını bildirib:


“Bəlkə də, indi belə oyunun Bakıda olması uyğun deyildi. Bütün matçlarımızda şəhidlərimizi düşünmüşük. Bu komandanın dəyəri məlumdur. Bu adı həmişə qoruyub-saxlamağa çalışmışıq. Bəlkə, futbolçulara hansısa psixoloji təsir olacaq. Oyuna hazırlaşa-hazırlaşa məlumatları oxuyuruq. Bu gün yaxşı xəbər aldıq. Çalışacağıq, işimizə məsuliyyətlə yanaşaq. Yaxşı nəticə üçün futbolçularımın hər şeyi edəcəyinə inanıram”.


Baş məşqçi rəqibin zəif cəhətlərini açıqlamaq istəməyib:


“Molde”ni analiz etmişik. Son vaxtlar meydanda ən intizamlı oyun göstərən komandalardandır. Tapşırıqları istəklə və düzgün yerinə yetirirlər. Rəqibi səhv etməyə məcbur etmək üçün maksimum çalışmalıyıq. Bunun üçün böyük güc sərf etmək lazım olacaq”.


Q.Qurbanov daha əvvəl avrokubokda uduzduları Norveç təmsilçisindən qisas almaq barədə düşünmədiklərini söyləyib:


“Qisas fikri ilə yanaşsaq, bu, bizə mane ola bilər. Sadəcə, şansımızdan istifadə etmək istəyirik. Minimum məqsəd qrupa düşmək idi. Bütün rəqiblərə qarşı inamlı oyun göstərməyə çalışacağıq. Belə fikirlərə görə narahat olmuşam. Bu, onlara başqa cür təsir edə bilər. Bütün rəqiblərə qarşı soyuqqanlı olmalıyıq. “Molde”yə qalib gəlmək istəyirik. Bütün gücümüzü meydanda qoyacağıq”.


Son Xəbərlər