Rusiyada azərbaycanlıların iştirakı ilə dava: Futbolçu bıçaqlandı - VİDEO
Sankt-Peterburqda azərbaycanlıların da iştirakı ilə dava baş verib.
Xəbəroxu.Az xəbər verir ki, hadisə “Xoçu xarço” restoranında baş verib.
Restorana gələn iki azərbaycanlı səs-küy salaraq ətrafdakılara mane olublar. Bu vaxt yerli futbol komandasında oynayan futbolçu Dmitri Laşeviç onları sakitləşdirməyə çalışıb. Tərəflər arasında müsahibə düşüb. Futbolçu sinəsindən və qarın nahiyəsindən bıçaq zərbələri alaraq xəstəxanaya yerləşdirilib.