Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

“Abşeron” qaz-kondensat yatağında hasilata başlanılıb - YENİLƏNİB


“Abşeron” qaz-kondensat yatağında hasilata başlanılıb - YENİLƏNİB
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

“Abşeron” qaz-kondensat yatağında hasilata başlanılıb - YENİLƏNİB

Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılıb.

 Xəbəroxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“Bu mərhələ sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur. JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50% paya malikdir. Qeyd edək ki, Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi “Neft Daşları”nda yerləşən Mərkəzi İdarəetmə Otağından həyata keçirilir. SOCAR etibarlı tərəfdaşları ilə birlikdə ölkəmizin böyük enerji potensialının reallaşdırılması və Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir”, - məlumatda qeyd olunub.

***

Fransanın “TotalEnergies” şirkəti SOCAR dövlət neft şirkəti ilə birgə Xəzər dənizində, Bakıdan təqribən 100 km cənub-şərqdə yerləşən Abşeron qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilata başlandığını elan edib.

 Xəbəroxu.Az apa-ya istinadən xəbər verir ki, gündəlik hasilat gücü sutkada 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qaz Azərbaycanın daxili bazarında satılacaq.

Qeyd olunub ki, “Abşeron” yatağının işlənməsi artan tələbatı ödəmək üçün əlavə qaz tədarükünü təmin edir.

Məlumata görə, JOCAP birgə şirkəti tərəfindən idarə olunan layihədə “TotalEnergies” və SOCAR bərabər 50% paya malikdirlər.

“Kəşfiyyat qrupumuzun uğurlu fəaliyyəti nəticəsində Abşeron qaz yatağının işə salındığını elan etməkdən çox məmnunuq. Bu layihə şirkətin artan qaz tələbatını ödəmək strategiyasına uyğundur və SOCAR ilə tərəfdaşlığımızı gücləndirir”, - “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz bildirib.

Son Xəbərlər