Gündəlik məzənnə

30 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub


Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 096,4 milyon manatlıq və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Xeberoxu.Az
 Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 % artıb.

ÜDM istehsalının 42,4 %-i sənaye, 9,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 %-i tikinti, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrinin, 17,6 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 895 manata bərabər olub.

Son Xəbərlər