Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Azərişığ"ın xalis mənfəəti 4 dəfədən çox artıb


"Azərişığ"ın xalis mənfəəti 4 dəfədən çox artıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Azərişığ"ın xalis mənfəəti 4 dəfədən çox artıb

"Azərişıq" ASC 2022-ci ili 56,257 milyon manat xalis mənfəətlə başa vurub.

Xəbəroxu.Az report-a istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 4,45 dəfə çoxdur.

Ötən il səhmdar cəmiyyətinin elektrik enerjisinin satışından gəlirləri 1 milyard 540,473 milyon manat (əvvəlki ilə nisbətən 16,3 % çox), satışının maya dəyəri 1 milyard 318,841 milyon manat (13,5 % çox), paylama xərcləri 54,557 milyon manat (16,7 % çox), inzibati xərcləri 91,927 milyon manat (22 % çox), ticari debitor borcları üzrə dəyərsiz qazanma gəlirləri 5,666 milyon manat (əvvəlki il zərər olub), sair xərcləri 6,466 milyon manat (2,4 dəfə çox), sair gəlirləri 56 min manat (75,5 dəfə az), xalis maliyyə xərcləri 10,413 milyon manat (0,1 % çox), mənfəət vergisi ödəmələri isə 7,734 milyon manat (25,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 2 milyard 915,645 milyon manat olub ki, bu da illik müqayisədə 9,85 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 0,4 % azalaraq 696,128 milyon manata düşüb, balans kapitalı isə 13,5 % artaraq 2 milyard 219,517 milyon manata çatıb.

Xatırladaq ki, "Azərişıq" ölkə Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəcamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 678,705 milyon manatdır.

Son Xəbərlər