Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Biləsuvar Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib


Biləsuvar Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Biləsuvar Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

Görüş gömrük-biznes münasibətlərinin daha işgüzar səviyyədə qurulması və gücləndirilməsi, xarici ticarət iştirakçılarının gömrük sistemində aparılan təkmilləşdirilmələrlə bağlı məlumatlandırılması, həyata keçirilən yeniliklər, həmçinin idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı sahibkarların təklif və rəylərinin öyrənilməsi məqsədilə keçirilib.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Komitənin məlumatında bildirilir ki, biznes nümayəndələrinə “Gömrük Xidmətinin Fəaliyyət Proqramı”, strateji hədəflər barədə məlumat verilib. Qeyd olunub ki, məmnunluğun artırılması, şəffaflığın təmin olunması, rəqəmsal həllər hesabına gömrük əməliyyatlarının asan, sadə və sürətli şəkildə həyata keçirilməsi əsas məqsədlərdir. Həmçinin könüllü riayətetmə prinsipinin formalaşdırılması, gömrük sistemində tətbiq edilən yeni layihələr barədə də məlumat verilib.

Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Son Xəbərlər