Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bu ilin birinci yarısında Aİ ölkələri Azərbaycandan bu qədər karbamid idxal edib


Bu ilin birinci yarısında Aİ ölkələri Azərbaycandan bu qədər karbamid idxal edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bu ilin birinci yarısında Aİ ölkələri Azərbaycandan bu qədər karbamid idxal edib

Bu ilin birinci yarısında Aİ ölkələri Azərbaycandan 75,76 min ton karbamid idxal edib. 2023-cü ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan 75,76 min ton karbamid idxal edib ki, bu da idxalın həcminin 5,6 dəfə artdığını göstərir.

Xeberoxu.Az Aİ Statistika İdarəsinin məlumatlarına istinadla xəbər verir ki, Azərbaycan bir aylıq fasilədən sonra iyunda Avropa ölkələrinə karbamid tədarükünü davam etdirib və cari ildə ilk dəfə bu məhsulu Polşaya da kiçik həcmdə (0.18 min ton) ixrac edib.

Yanvar-iyun aylarında karbamid idxalçılarının ilk beşliyində Rumıniya (45,865 min ton), İtaliya (19,44 min ton), Yunanıstan (5,5 min ton), Sloveniya (4,753 min ton) Polşa (0,18 min ton) yer alıb.

Aİ Statistika İdarəsinin məlumatına görə, ötən il İttifaqa daxil olan ölkələr Azərbaycandan 78,651min ton karbamid idxal ediblər ki, bu da əvvəlki illə müqayisədə 31,9 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycanda mineral gübrələrin istehsalı ilə “SOCAR Carbamide Plant” karbamid zavodu məşğul olur. Bu müəssisə 2019-cu il yanvarın 16-da istismara buraxılıb və artıq iyunda karbamid ixracına başlayıb. “SOCAR Carbamide Plant” üç istehsalat sahəsinə malikdir: ammiak, karbamid və karbamid qranulları istehsalı.

Zavodun istehsal gücü sutkada 1,2 min ton ammiak və 2 min ton karbamid təşkil edir.

Son Xəbərlər