Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Dövlət Maliyyə Nəzarəti Xidməti elan etdiyi sorğunu ləğv edib


Dövlət Maliyyə Nəzarəti Xidməti elan etdiyi sorğunu ləğv edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Dövlət Maliyyə Nəzarəti Xidməti elan etdiyi sorğunu ləğv edib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2023-cü il aprelin 10-da elan olunmuş “Avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin, sürtkü və digər materialların və cari təmir işlərinin satın alınması” ilə bağlı 15 055,03 manat dəyərində kotirovka sorğusu Xidmətin özü tərəfindən ləğv edilib.

Xeberoxu.Az
Maliyyə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, buna səbəb kotirovka sorğusunun nəticəsi üzrə iştirakçılar arasında yaxın qohumluq əlaqəsinin müəyyən edilməsi olub.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin Tender Komissiyası Dövlət Satınalmaları haqqında Qanunun 11.2-ci maddəsini əsas götürməklə kotirovka sorğusunun ləğv edilməsi barədə müvafiq qaydada protokol tərtib edərək həmin protokolu aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərib və kotirovka sorğusunun ləğvi barədə protokolda göstərilən qərar Dövlət Xidməti tərəfindən təsdiqlənib.

Son Xəbərlər