Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Gələn il sosial xərclərdə artımlar müşahidə olunacaq": İQTİSADÇININ PROQNOZU


"Gələn il sosial xərclərdə artımlar müşahidə olunacaq": İQTİSADÇININ PROQNOZU
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Gələn il sosial xərclərdə artımlar müşahidə olunacaq": İQTİSADÇININ PROQNOZU

"Açıqlanan sənəd ilkin büdcə bəyanatıdır və daha çox makro parametrlər üzrə qiymətləndirməyə imkan verir. Lakin detallı məlumatlar öz əksini tapmayıb. Görünən odur ki, hökumət 2024-cü ilin büdcəsində daha ehtiyatlı davranmağa çalışır.

Bu barədə Xeberoxu.Az-a iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib.

İqtisadçı bildirib ki, proqnoz edilən büdcənin həm gəlirlər, həm də xərclər hissəsi 2023-cü ilin dövlət büdcəsi ilə bərabər səviyyədə nəzərdə tutulub.

"Burada artımlardan söhbət getmir, hətta qismən azalmalar müşahidə olunur. Sosial büdcəyə baxdıqda məsələn əmək haqqı fondunda 500 milyondan artıq manat həcmində təxminən 5 faiz ətrafında bir artım nəzərdə tutulubdur. İndilikdə hələlik görünən ondan ibarətdir".

Rəşad Həsənov hesab edir ki, növbəti illərdə büdcə siyasəti sosial istiqamətlərdə xərclərin artırılması ilə müşahidə olunacaq.

"Təhsil xərclərində 3,2 faiz, səhiyyə xərclərində 3,5 faiz  artımlar vardır. Əgər mövcud konyukturu nəzərə almış olsaq, 2024-cü ildə yeni bir sosial paketin açıqlanması zərurəti müşahidə olunur. Bilirsiniz ki, infilyasiya hələdə 2 rəqəmlidir, 10 faizin üzərindədir. Büdcə sənədinə baxdıqda infilyasiyanın 10 faiz olacağı cari ildə proqnozlaşdırılır. 9,8 faiz infilyasiya olacağı və belə bir şəraitdə sosial istiqamətlərdə əlavə xərclərin nəzərdə tutulması və yeni parametrlər üzrə yeni çərçivələrin müəyyən edilmə ehtimalı var".


Onun fikrincə, əmək haqqıların artırılması məsələsi gündəmdə olmalıdır, eyni zamanda sosial müavinatlər, təqaüdlər artırılmalıdır.

"Minimum parametrlər, yaşayış minimumu və minimum əmək haqqında artımlar olmalıdır. Bu mütləqdir. Bu qədər böyük infilyasiya fonunda. İndi hələlik biz bu parametrləri tam olaraq görə bilməsək də, açıqlanan sənədin ruhu və orda verilən mesajlar bizə ona deməyə əsas verir ki, böyük ehtimalla 2024-cü ildə sosial xərclərdə artımlar müşahidə olunacaqdır",- deyə o, qeyd edib.

Niyaz Hacıyev
Xeberoxu.Az

Son Xəbərlər