Gündəlik məzənnə

13 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Mərkəzi Bankda İslam Korporasiyası ilə müzakirələr aparılıb


Mərkəzi Bankda İslam Korporasiyası ilə müzakirələr aparılıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Mərkəzi Bankda İslam Korporasiyası ilə müzakirələr aparılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası ilə ölkənin özəl sektoruna investisiyaların cəlb edilməsi və yerli bankların gələcək maliyyələşdirilməsi məsələsini müzakirə edib.

Xeberoxu.Az
 xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mərkəzi Bankda İslam Korporasiyasının baş icraçı direktoru Hani Salem Sonbolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.

Görüş zamanı Azərbaycanda özəl sektorun, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, həmçinin kommersiya bankları ilə əməkdaşlığın gücləndirilməsi sahəsində birgə fəaliyyət imkanlarını müzakirə etdik", - T. Kazımov qeyd edib.

Son Xəbərlər