Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Naxçıvanda Karyera Forumu keçiriləcək


Naxçıvanda Karyera Forumu keçiriləcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Naxçıvanda Karyera Forumu keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 2023-cü il sentyabrın 29-da Naxçıvan şəhərində “Qədim diyarda yeni fürsətlər” devizi altında Karyera Forumu keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberoxu.Az-a verilən məlumata görə, Naxçıvanda ilk dəfə olaraq keçiriləcək Karyera Forumunun məqsədi peşəkar kadrların yetişdirilməsi, kadr ehtiyaclarının qarşılanması, əmək bazarına keçidin asanlaşdırılması və peşəkar bacarıqların inkişaf etdirilməsidir.

Karyera inkişafı sahəsində çalışan peşəkarlar həmin tədbirdə bir araya gələcək. Forumda 4 yerli və 2 xarici spikerin iştirakı ilə "Bilməmək eyib deyil, peşəkardan soruşmamaq eyibdir", "Bacarıq əmək bazarının cövhəridir" və "Dövr elə bu dövrdür" adlı 3 panel müzakirə keçiriləcək.

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, inkişaf mentorları və sahibkarların iştirakı nəzərdə tutulub.

Naxçıvan Karyera Forumunda iştirak etmək istəyənlər üçün yaxın günlərdə qeydiyyat başlanılacaq.

Son Xəbərlər